Ru
17:45 / 03 Mart 2025

Azyaşlı qızını döyüb videoya çəkən ana ilə bağlı - Açıqlama

Azyaşlı qızını döyüb videoya çəkən ana ilə bağlı - Açıqlama
Eye

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə azyaşlı qıza anası tərəfindən şiddət göstərilməsini əks etdirən görüntü yayılıb.

Bakupost.az xəbər verir ki, yayılmış görüntülərlə bağlı Qafqazinfo-nun sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, artıq azyaşlıya şiddət göstərən şəxs müəyyən olunub:

“Sosial şəbəkələrdə azyaşlının təzyiqlərə məruz qalması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır. Həmin şəxsin kimliyi artıq müəyyən olunub və onun saxlanılaraq barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək”.


Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də problemin araşdırıldığı bildirildi: “Hazırda bu məsələ ilə bağlı araşdırma gedir. Aidiyəti qurumlara da rəsmi müraciət olunub. Ana sabah üçün polisə dəvət olunub. Əgər gəlməsə, evinə səfər olunacaq. Həmçinin uşağın vəziyyəti araşdırılacaq”.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar