Ru
14:50 / 07 Yanvar 2025

Babəkdə körpüdən qopan daş parçaları yola töküldü - VİDEO / YENİLƏNDİ

Babəkdə körpüdən qopan daş parçaları yola töküldü - VİDEO / YENİLƏNDİ
1150

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Babək prospektindəki yol ötürücüsü ilə bağlı baş verən hadisəyə münasibət bildirib.

Qurum rəsmisi qeyd edib ki, yol ötürücüsünün üzlük daşlarından kiçik bir hissə qoparaq yol kənarına düşüb:

"Qısa zaman ərzində bu daşlar operativ şəkildə təmizlənərək ərazidən götürülüb".

AAYDA rəsmisi əlavə edib ki, yol ötürücüsündəki digər üzlük daşları yoxlanılıb və hər hansı qopma riskinin olmadığı təsdiqlənib.

****

Paytaxtın Babək prospektindəki körpüdə təhlükəli vəziyyət yaranıb.


Bakupost.az xəbər verir ki, körpüdə daşlar qoparaq yola düşüb. Bu vəziyyət həm sürücüləri, həm də piyadaları narahat edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı sorğumuza cavabda məsələyə aydınlıq gətirib: “Babək prospektində yerləşən yol ötürücülərindən birində bəzək üçün vurulmuş üzlük daşlarının kiçik bir hissəsi qoparaq yol kənarına düşüb. Qısa müddət ərzində həmin daş hissələri yol kənarından təmizlənərək kənarlaşdırılıb.

Yol ötürücüsündə olan digər üzlük daşları tərəfimizdən yoxlanılıb və qopma ehtimalının olmadığı müəyyən edilib”.

Sözügedən vəziyyətlə bağlı videonu Baku.ws-ə istinadən təqdim edirik:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar