Ru
16:29 / 12 Mart 2025

"Badamlı Quşçuluq” MMC-nin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR

"Badamlı Quşçuluq” MMC-nin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR
Eye

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şahbuz rayonu Badamlı qəsəbəsində fəaliyyət göstərən “Badamlı Quşçuluq” MMC-də həyata keçirilən plandankənar yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Agentlikdən Bakupost.az -a bildirilib ki, kəsim zamanı proseslərin həyata keçirilməsi üçün müvafiq bölmələrin təşkil olunmadığı, alət və avadanlıqların, döşəmənin korroziyaya davamlı materialdan hazılanmadığı, kanalizasiya sisteminin təşkil olunmadığı, temperaturun monitorinqinin aparılmadığı müəyyənləşib.


Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilərək, nöqsanlar aradan qaldırılanadək müvafiq məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar