Ru
10:46 / 16 Aprel 2025

Bağça, məktəb və universitetlərdə dərslər davam edir? - Rəsmi açıqlama

Bağça, məktəb və universitetlərdə dərslər davam edir? - Rəsmi açıqlama
Eye

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər operativ şəkildə qeydiyyata alınır və təhlillər aparılır.

"Qeyd edirik ki, müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə müvafiq addımlar atılır. Şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir. Təhsil müəssisələrində uşaqların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. İntensiv yağıntılarla əlaqədar olaraq xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə, təhlükə ilə üzləşdikdə isə dərhal aidiyyəti xilasetmə qurumlarının çağırış və tövsiyələrinə riayət etmələrini xahiş edirik", deyə məlumatda qeyd edilib

Trend-in sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, hava şəraiti ilə bağlı ali təhsil müəssisələrində dərslərin təxirə salınması ilə bağlı məlumat yoxdur.

"Hələlik belə məlumatla rastlaşmamışıq", deyə Agentlikdən bildirilib.

Qeyd edək ki, gecədən başlayan yağış ölkə ərazisində subasmalara səbəb olub. Yollarda məhdudiyyətlər tətbiq edilib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar