Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:09 / 28 Oktyabr 2024

Bağırov körpüsünü də su basdı - VİDEO

1125
Ölkədə hazırda yağan leysan xarakterli yağışlar nəticəsində Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov körpüsünün ərazisini su basıb.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib ki, səhər saatlarından etibarən aidiyyəti qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən Bağırov körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb. Körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib.

Qeyd edilib ki, paytaxda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır.

Həmin görüntüləri təqdim edirik:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar