Ru
08:43 / 07 Oktyabr 2024

Bağırsaq "dostu" qidalar

Bağırsaq "dostu" qidalar
1923

Qarın ağrısı ilə müşayiət olunan ishal, qəbizlik, şişkinlik yaşamaq istəmiriksə, qidalanmamıza diqqət etməliyik.

Bakupost.az xəbər verir ki, bağırsaqların pozulması ciddi xəstəliklərin əlaməti hesab olunur.


Hər bir fərd öz bədən tarazlığını qorumalı, ona toxunan qidalardan uzaq durmalı, eyni zamanda sağlamlığa mənfi təsir edən saxta məhsullara qarşı diqqətli olmalıdır.



Bağırsaq sağlamlığı üçün siqaretdən, stressdən, lazımsız antibiotiklərdən, ağrıkəsicilərdən uzaq durmaq lazımdır.

Kifayət qədər su qəbulu həzm sisteminin düzgün işləməsinə kömək edir.

Unutmaq olmaz ki, sağlam və dinc bağırsaq sağlam həyat üçün xəzinədir.

Bağırsaqlar çoxlu fermentlər, hormonlar və faydalı maddələr ifraz edir. İmmunitet sistemi hüceyrələrinin 70 faizi bağırsaqlarda yerləşir. Xoşbəxtlik hormonu olan serotoninin 90 faizi bağırsaqlardan ifraz olunur.





Sağlamlıq mütəxəssisləri bağırsaqlara faydalı qidaları aşağıdakı kimi sıralayır:

Qatıq, kefir, duzlu kələm, tam buğda çörəyi, badam, kokos, darçın, zeytun yağı, noxud, Rokfor pendiri, zəncəfil, təbii sarımsaq, omeqa-3 ilə zəngin qızılbalıq.




Kefir - Tərkibindəki probiyotiklər sayəsində bağırsaq sağlamlığının qorunmasında əhəmiyyətli təsirə malikdir. Qatıq, tərkibindəki canlı mikroorqanizmlər (probiyotiklər) sayəsində həzm sistemini tənzimləyir.

Qəbizlik, ishal və immun sistem xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.

Gündə 1-2 kasa evdə hazırlanmış qatıq yemək məsləhətdir.

Süd laktoza dözümsüzlüyü olmayan insanlarda bağırsaqlar üçün faydalıdır və soyuq halda içilməməli, ilıq və ya qızdırılmış şəkildə içilməlidir.

Kokos tərkibindəki orta zəncirli yağ turşuları sayəsində həzm təsirini təmin edir.

Alma, banan və ispanaq da bağırsaqlarda lif yaradaraq, normal bağırsaq hərəkətini təmin edir.

Banan tez-tez yeyildikdə qəbizliyə səbəb ola bilər.

Hər gün 10-12 çiy badam bağırsaq sağlamlığı üçün faydalıdır.



Təzə badam tərkibindəki liflər sayəsində bağırsaq mikrobiotasına müsbət təsir göstərir.


Bundan əlavə, tam buğda çörəyi, bulqur, yulaf, noxud, quru lobya və lobya kimi qidalar tərkibindəki yüksək lif sayəsində bağırsaq hərəkətlərini artırır, həzm olunan qida qalıqlarının yoğun bağırsaqdan keçməsini sürətləndirir.


- Təsadüfi istifadə edilən antibiotiklər, ağrıkəsicilər, qeyri-təbii və zərərli qidalar bağırsaq mikrobiotasını pozur.

-Siqaret, spirt və stressdən uzaq durmaq lazımdır.

-Təbii qidalara üstünlük verilməlidir.


-Narahatlıq halında, lazım gələrsə, qastroenteroloq, mütəxəssis dietoloq və hətta psixiatrdan ibarət bir qrupdan kömək istənilməlidir.




Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar