Saxta günəşdən qoruyucu vasitələr dəri sağlamlığı üçün böyük təhlükə yaradır.
Bakupost.az xəbər verir ki, mütəxəssislər vətəndaşlara apteklərdən günəşdən qoruyucu vasitələr almaları barədə xəbərdarlıq edib.
Türkiyəli mütəxəssis Nurten Saydan, günəşdən qoruyucuların dərini ultrabənövşəyi şüaları udmaq, yaymaq və ya əks etdirməklə qoruyan krem, losyon, yağ, sprey və ya gel şəklində kosmetik preparatlar olduğunu bildirib.
Mütəxəssis, günəşdən qoruyucuların geniş spektrli olması və infraqırmızı şüalardan qorunma təmin etməsinin lazım olduğunu vurğulayıb.
"Bu xüsusiyyətlərə malik olmayan məhsullar günəşdən tam qoruya bilməz, dərinin qocalmasına, ləkələrin qarşısının alınmasına, ən əsası isə günəş yanığına və gələcəkdə dəri xərçəngi riskinə qarşı öz funksiyalarını yerinə yetirə bilməz. Çox bahalı olduğunu bildiyiniz məhsul çox ucuz qiymətə satılırsa, mütləq problem var. Saxta günəşdən qoruyucu kremlər dəri sağlamlığı üçün böyük təhlükə yaradır. Dəridə sızanaq, yağlılıq, qıcıqlanma və xərçəng kimi xəstəliklərə səbəb ola bilər. Vətəndaşlar kremlərini apteklərdən ala bilərlər”.
Aygün
BakuPost