Ru
19:13 / 27 İyul 2024

Bakda külək gücləndi, bölgələrdə yağış yağır

2514
İyulun 27-si saat 17:00-a olan məlumata əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.

Bu barədə Bakupost.az -a ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Daşkəsən, Altıağac, Qusar, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Şəkidə şimşək çaxır, arabir yağış yağır.

Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq arabir Bakıda və Abşeron yarımadasında 18-24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,7 metrdir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar