Ru
16:18 / 26 Noyabr 2024

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakimlər TƏYİN EDİLDİ - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakimlər TƏYİN EDİLDİ - FOTO
Eye

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakimlər ezam edilib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmədəki hakim çatışmazlığı ilə bağlı belə qərar qəbul edilib.

Ezam edilənlər Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərli və Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanovadır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev isə Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bir müddətdir Ağır Cinayətlər Məhkəməsindəki proseslərin çoxu keçirilmir. Buna səbəb isə 2 hakimin yuxarı instansiyaya təyinat alması, birinin təqaüdə getməsi, başqa bir hakimin isə futbol oynayarkən qəfil ölməsidir.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar