Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir.
Bakupost.az xəbər verir ki, bu, Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilir:
Əliyev Elvin Əhəd oğlu
Qarayeva Mehriban Cəfər qızı
Əliyev Emin Zöhrab oğlu
Abbasova Günel Məhərrəm qızı
Səlimova Səadət Rəşid qızı
Cəfərov Səməd Fəxrəddin oğlu
Məmmədov Murad Akif oğlu
Qocayev Tural Şəmsi oğlu
Hüseynov Zaur Nazim oğlu
Ələkbərov Əfqan Qəzənfər oğlu