Ru
15:07 / 19 Mart 2025

Bakı ilə İrəvan arasında mübahisəli məqamlar... - ŞƏRH

Bakı ilə İrəvan arasında mübahisəli məqamlar... - ŞƏRH
Eye

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesində əsas məqamlardan biri də Zəngəzur dəhlizinin reallaşdırılmasıdır. Azərbaycanın bu məsələ ilə bağlı qətiyyətli və birmənalı mövqeyi daim ortada olub. Nəyin bahasına olursa-olsun, Zəngəzur dəhlizinin açılmasına nail olunacaq. Buna heç kimin şübhəsi olmamalıdır”.

Bunu Bakupost.az -a siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, son dövrlər aparılan danışıqlar zamanı Ermənistan həmişə olduğu kimi, yenə də bu istiqamətdə qeyri-konstruktiv mövqe ortaya qoyur. Zəngəzur dəhlizinin açılması məsələsini ləngidir:


“Bu gün Azərbaycanın irəli sürdüyü bir çox tələblər artıq Ermənistan tərəfindən qəbul edilib. Amma bəzi mübahisəli məqamlar yenə də qalmaqdadır. Bunun da əsas səbəbi Ermənistanın Azərbaycana qarşı konstitusiyada ərazi iddiaları ilə çıxış etməsidir. İlk növbədə Ermənistan öz konstitusiyasına düzəlişlər etməlidir. Bundan sonra biz dayanıqlı sülhdən danışa bilərik. Əgər bu, olmayacaqsa, Cənubi Qafqazda təhlükə daim qalacaqdır. Bu da ilk növbədə Ermənistanın özü üçün çox ciddi təhlükələr yarada bilər".

S.Kərimli qeyd edib ki, Zəngəzur dəhlizinin siyasi çəkisi ilə yanaşı iqtisadi əhəmiyyəti də çox böyükdür. Çünki Zəngəzur dəhlizindən təkcə Azərbaycan yox, bir çox bölgə ölkələri, Ermənistanın özü də çox ciddi iqtisadi divident əldə edəcək. Ona görə də Zəngəzur dəhlizi layihəsi reallaşdırılmalıdır".

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar