Ru
14:21 / 11 Dekabr 2024

"Bakı ilə İrəvan arasında sülhə mane olanlar var" - Açıqlama

"Bakı ilə İrəvan arasında sülhə mane olanlar var" - Açıqlama
Eye

“Hazırda tərəflər sülhə daha yaxındır. Ancaq proses artıq yekun mərhələyə çatdıqda kimlərsə onu pozamağa çalışır. Ona görə də, sülh məsələsində yekun nəticəni görmək çox çətindir. Azərbaycan hər zaman olduğu kimi sülhün tərəfdarıdır. Ermənistana kənar təsirlər çoxdur. Onlar tərəflər arasında sülhün olmasını istəmirlər”.

Bunu Bakupost.az -a politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Fransa və ABŞ kimi ölkələr rəsmi İrəvana sülh sazişinə imza atmağa imkan vermir:

"Ermənistanı silahlandıran ölkələr də sülhün tərəfdarı deyillər. Bu gün Ermənistanı kimlərin silahlandırmasından asılı olmayaraq, onun Azərbaycanla hərbi müstəvidə mübarizəsi mümkün deyil. Erməni tərəfinin həmişə olduğu kimi, hansısa hərbi təxribatlara əl atacağı istisna edilmir. Amma Azərbaycanın bu hərbi təxribatlara cavabı sarsıdıcı olacaq. Bu mənada, hərbi müstəvidə Ermənistanın edə biləcəyi heç nə qalmayıb”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar