Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının uçqun təhlükəsi yaratması ilə əlaqədar Bakı Kənar Dairəvi yolu bağlanıb.
Bakupost.az xəbər verir ki, bu səbəbdən hazırda yolda avtomobillərin sıxlığı müşahidə olunur.
Qeyd edək ki, bu gün Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətləri birgə məlumat yayaraq bildiriblər ki, uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Həmçinin qeyd olunub ki, bu tədbirlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.
Zaur, BakuPost