Ru
12:47 / 22 Aprel 2025

Bakı metrosunda rabitə düyməsindən sui-istifadə edən qadın cərimələndi - VİDEO

Bakı metrosunda rabitə düyməsindən sui-istifadə edən qadın cərimələndi  - VİDEO
Eye

Bakı metrosunda lüzumsuz olaraq “sərnişin-maşinist” rabitəsindən istifadə edən qadın cərimələnib.

Bakupost.az xəbər verir ki, Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxs müəyyən edilib.

Metropolitendə zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməsinə görə onun barəsində 200 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.

Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrdakı xanım sərnişin rabitədən bir neçə dəfə istifadə edərək maşinistə suallar ünvanlayıb. O, maşinistdən rabitə düyməsindən gərəksiz yerə istifadə etdiyi üçün onu hansı cəzanın gözləməsini də soruşub.

Məlumat üçün bildirək ki, bu, Nazirlər Kabinetinin təsdiqi ilə Bakı Metropolitenində qadağan olunan hərəkətlər siyahısında yer alıb. Belə ki, sözügedən təlimatın 5.26-cı bəndində zərurət olmadıqda “sərnişin-maşinist” rabitəsindən istifadə etmək qadağan edilmiş hərəkət hesab olunur.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar