Ru
17:38 / 16 Aprel 2025

Son 59 ildə ilk dəfə bu həddə yağış yağıb - RƏSMİ AÇIQLAMA

Son 59 ildə ilk dəfə bu həddə yağış yağıb - RƏSMİ AÇIQLAMA
Eye

Bakıda və Abşeron yarımadasında 15 saat ərzində 57 mm yağıntı düşüb.

Bakupost.az xəbər verir ki, bunu Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, 100 illik hidrometeoroloji statistik məlumatların təhlili göstərir ki, Bakıda və Abşeron yarımadasında ən güclü yağış 1966-cı ilin 23 aprel tarixində müşahidə edilib. Həmin gün 73.3 mm yağıntı düşüb, bu da aylıq normanın 317 faizini təşkil edib.


“Bu il aprel ayının 16-da gecə saatlarından başlayaraq 15 saat ərzində düşən yağıntının miqdarı 57 mm olub ki, bu da adətən ay ərzində düşən yağıntının miqdarından 2 dəfə (217%) çoxdur. Beləliklə bu hal son 59 ilin rekord göstəricisidir”, - deyə o qeyd edib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar