Ru
23:13 / 01 Fevral 2025

Bakı-Xudat avtobusu yük avtomobili ilə toqquşdu: yaralanan var

Bakı-Xudat avtobusu yük avtomobili ilə toqquşdu: yaralanan var
774

Siyəzəndə baş vermiş avtobus qəzası nəticəsində yaralanan şəxsin kimliyi məlum olub.

Bakupost.az APA -ya istinadla xəbər verir ki, onun Xaçmaz rayon sakini 72 yaşlı Nazim Kiçikbəyov olduğu bildirilir.

N. Kiçikbəyov müvafiq tibbi yardımdan sonra evə buraxılıb.

Xatırladaq ki, qəza Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib.

Hadisə zamanı avtobusda 51 sərnişin olub. Onlardan biri xəsarət alıb. O, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb. .

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar