Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:14 / 25 Noyabr 2024

Bakıda 1 saat 45 dəqiqə yubanan marşrut... - Sərnişinlər narazıdır

594
Sərnişinlər "Yaşıl bazar"-Xırdalan marşrutu üzrə işləyən 199 nömrəli avtobusların vəziyyətindən narazıdırlar.

Bu barədə Bakupost.az -a Bakı sakini Ramin Əhmədov bildirib.

Onun sözlərinə görə, 199 nömrəli marşrut avtobusları demək olar ki, hər gün yubanır.

"Xəttə çox az avtobus buraxılır. Elə olur ki, dayanacaqda 30-40 dəqiqə gözləyirik. Digər marşrutların 3-4-ü gəldiyi halda, 199 nömrəli avtobus ən tez gələndə 30 dəqiqədən bir gəlir. O da dolu olur, minmək, mənzil başına çatmaq olmur", – deyə o qeyd edib.

Şikayətçi hər gün sürücülərlə sərnişinlər arasında dava-dalaş olduğunu da bildirib:

"Biz hər gün axşamlar evə dava-dalaşla gedirik. Axşam saat 5-dən etibarən avtobuslar daha da gecikməyə başlayır. Gecikmə səbəbindən avtobuslar dolu gəlir, ya dayanmayıb keçir, ya da dayanır, amma minmək mümkün olmur. Gözləmə müddəti bəzən 1 saatdan çox, hətta 1 saat 45 dəqiqəyə çatır".

Əhmədov qeyd edir ki, sərnişinlərin çoxu narazıdır, amma məsələnin həlli üçün heç bir addım atılmb. Sürücülər isə ""Qaynar xətt"ə şikayət edin" deyirlər.

Məsələ ilə bağlı “Xaliq Faiqoğlu” şirkətinin mətbuat xidmətinin rəhbəri Nizam Rzayev Bakupost.az-a açıqlama verib.

O bildirib ki, hazırda 199 saylı müntəzəm marşrut xətti üzrə 20 avtobus istismar edilir.

"Avtobuslararası interval 8-10 dəqiqə müəyyən edilib. Həmçinin günün pik saatlarında "20 Yanvar" metrostansiyasından Xırdalan istiqamətinə əlavə avtobuslar buraxılır. Bəzi hallarda yollarda müşahidə edilən sıxlıq və tıxaclar, eləcə də digər məhdudiyyətlər intervalın pozulmasına, gecikmələrə səbəb olur," – deyə o qeyd edib.

Lalə, Bakupost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar