Ru
09:17 / 16 Yanvar 2025

Bakıda 13 yaşlı itkin düşən oğlan tapıldı - FOTO

Bakıda 13 yaşlı itkin düşən oğlan tapıldı - FOTO
Eye

13 yaşlı oğlan itkin düşüb.

Bakupost.az xəbər verir ki, 2012-ci il təvəllüdlü Əhmədov Vüsal Zahid oğlu yanvarın 15-də günorta saatlarında Nəsimi Rayonu, Hüseynqulu Sarabski - 44 ünvanından velosipedlə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində boz idman dəsti olub.

Məlumata görə, Vüsal autizm sindromludur.

Onu görənlərdən +994557466891 nömrəsi ilə əlaqə saxlamaları və ya yaxınlıqdakı polis bölməsinə məlumat vermələri xahiş olunur.

***
Bakıda itkin düşən 13 yaşlı oğlan tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvar ayının 15-i günorta saatlarında Nəsimi rayonu, Hüseynqulu Sarabski - 44 ünvanından velosipedlə çıxaraq itkin düşən Vüsal Zahid oğlu Əhmədov tapılaraq ailəsinə təhvil verilib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar