Ru
02:23 / 21 Sentyabr 2024

Bakıda 16 mərtəbəli binadakı yanğın söndürüldü - FOTO - YENİLƏNDİ

831
Bakının Nərimanov rayonunda 16 mərtəbəli binada baş verən yanğın söndürülüb.

Bakupost.az APA -ya istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.


***

Bakının Nərimanov rayonunda binada yanğın olub.

Bakupost.az APA -ya istinadla xəbər verir ki, yanğın Həsənoğlu küçəsində yerləşən onaltı mərtəbəli binanın qarajında baş verib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.

Yanğınla əlaqədar bina sakinləri təxliyə edilib.

Məlumata görə, qarajda "Mercedes" markalı minik avtomobili yanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar