Ru
08:13 / 02 Oktyabr 2024

Bakıda 20 yaşlı oğlan qətlə yetirildi - 16 yaşlı gənc saxlanıldı

463
Bakıda 20 yaşlı gənc qətlə yetirilib.

Bu barədə Bakupost.az -a DİN-in Mətbuat Xidmətindənməlumat verilib.

Bildirilib ki, oktyabrın 2-də səhər saatlarında paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü E. S. müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar