Ru
16:43 / 02 İyul 2024

Bakıda 32 dərəcə isti olub - Faktiki hava

1018
İyulun 2-si saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, iyulun 2-si saat 16:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Xınalıq, Qax, Qrız, Şahdağ, Göyçay, İmişli, Naftalan, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Neftçala, Yardımlı, Astarada şimşək çaxır, arabir yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir.

Öncədən xəbər verildiyi kimi, şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada 20 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Aran rayonlarında 29, Naxçıvan MR-da 27, dağlıq rayonlarda 16 dərəcəyədək isti olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər