Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar Klinik Tibbi Mərkəzə hospitalizasiya ediliblər.
Bu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Yanvarın 4-ü saat 10:40-da Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Dərhal hadisə yerinə briqada cəlb olunub.
Xəsarət alan iki nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb, bir nəfərə isə stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub", - deyə məlumat da qeyd olunub.
Kliniki Tibbi Mərkəzdən isə Oxu.Az-a bildirilib ki, 1982 və 1999-cu il təvəllüdlü şəxslər (qadın cinsli) başın açıq yarası, belin yüngül əzilməsi, fəqərə sınığı diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib:
"Yaralılara ilkin tibbi yardım göstərilib və zəruri tibbi müayinələrdən keçirilib. Hazırda vəziyyətləri stabil qiymətləndirilir".
***
Bakıda avtobus qəza törədib, ölən var.