Ru
17:42 / 03 İyul 2024

4 uşağını küçəyə atan qadınla bağlı rəsmi açıqlama - Yenilənib

3794

***

15:06


Bakıda ana dörd uşağını parkda qoyub sevgilisinə qoşulub gedib.


Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook"da məlumat yayıb.


Onun sözlərinə görə, uşaqların ən kiçiyi 5-6 aylıqdır.

***
17:42

Sosial şəbəkə platformalarında və xəbər portallarında Bakıda ananın dörd uşağını küçəyə atması ilə bağlı məlumat dərhal aidiyyəti dövlət qurumları tərəfindən nəzarətə götürülərək araşdırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb. O bildirib ki, qadının kimliyi müəyyən olunub.

"Öncə uşaqlar müayinə və müalicə üçün xəstəxanaya yerləşdiriliblər. Qadın isə ərazi üzrə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun övladlarından imtina etməsinin səbəbləri araşdırılır", - deyə o qeyd edib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər