Ru
09:00 / 06 Oktyabr 2024

Bakıda ata və oğul bir ailənin 3 üzvünü bıçaqladı - Ölən var

2070
Oktyabrın 6-da gecə saat 01 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Etiqad Hacıyev və oğlu İ.Hacıyev şəxsi münasibətlər zəminində 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

DİN-dən Bakupost.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E.Hacıyev və İ.Hacıyev müəyyən olunaraq saxlanılıb.


Hadisə nəticəsində Q.Məlikov ölüb.

Araşdırma aparılır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar