Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az -ın "Unikal"a istinadən məlumatına görə, hadisə Zabrat yolu, şəhər şosesində qeydə alınıb.
Belə ki, hərəkətdə olan sərnişin avtobusu ilə "Toyota Hilux" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib.