Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:05 / 25 Oktyabr 2024

Babək prospektində yanğın söndürüldü - FOTO/VİDEO + YENİLƏNDİ

823
18.02

Paytaxtın Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın hadisəsi səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülür.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, hazırda polis əməkdaşları tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri təmin olunur, nəqliyyatın hərəkəti tənzimlənir və digər zəruri tədbirlər görülür.

19.05

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Bu barədə Bakupost.az -a FHN-in Mətbuat xidmətindən bildirilib.



Babək prospektində yanğın söndürüldü - FOTO/VİDEO + YENİLƏNDİ
Babək prospektində yanğın söndürüldü - FOTO/VİDEO + YENİLƏNDİ
Babək prospektində yanğın söndürüldü - FOTO/VİDEO + YENİLƏNDİ
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar