Ru
11:55 / 10 Mart 2025

Bakıda biznesmen yol qəzasında öldü

Bakıda biznesmen yol qəzasında öldü
Eye

Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Bakupost.az xəbər verir ki, hadisə saat 01:40 radələrində Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Ramin Həsənovun idarə etdiyi “Kia Rio” markalı avtomobil beton dirəyə çırpılıb. Daha sonra nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan Elman Cəbrayılovun idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə toqquşub. Nəticədə R.Həsənov xəstəxanaya aparılarkən vəfat edib.

Bildirilir ki, qəzada həyatını itirən sürücü Bakıda bir neçə restorana sahib olub.

Faktla bağlı cinayət işi başlanıb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar