Ru
11:52 / 26 Fevral 2025

Bakıda “BMW”-dən 15 min avroya yaxın pul oğurlandı

Bakıda “BMW”-dən 15 min avroya yaxın pul oğurlandı
835

Bakıda avtomobildən 15 min avro yaxın pul oğurlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Binəqədi rayonu ərazisində “BMW” markalı avtomobildən 3800 manat, 14485 avro pul, 950 manat dəyərində qızıl-zinət əşyası və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla təqsirli bilinən şəxs bundan öncə də “Mitsubishi” markalı avtomobildən içərisində bank kartları, sənədlər olan pul kisəsini oğurlaması da məlum olub

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar