Ru
13:36 / 27 May 2024

Bakıda böyük kitab mağazası açılır

7128
Crescent Mall-un dördüncü mərtəbəsində “Əli və Nino”nun mağazası fəaliyyətə başlayacaq.

Bakupost.az xəbər verir ki, mağazanın açılış mərasimi mayın 28-i saat 16-da baş tutacaq.

Mərasimdə möhtəşəm açılış şousu nəzərdə tutulur.

Açılışda özəl endirim kampaniyası həyata keçiriləcək.


“Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli tamam fərqli dizaynlı yeni kitab məkanı haqqında bunları söyləyib:

“Biz mağazada kitabları yerləşdirərkən, azərbaycandilli kitabları daha çox çeşiddə, geniş yer və sayda təqdim etməyə çalışdıq. Xüsusən, uşaq kitablarına geniş yer verdik ki, uşaqlarda kitaba maraq və sevgi yarada bilək. Milli tariximizi, həmçinin Bakı tarixini əks etdirən xüsusi bölmə yaratdıq”.

Nigar xanımın sözlərinə görə, kitab mağazasında oxucuların rahat mütaliəsini təmin etmək üçün kiçik kitab kafesi də yaradılıb:

"Burada rahat oturub kitab oxumaq, asudə vaxt keçirmək mümkün olacaq. Uşaqlar üçün oyun-əyləncə guşəsi də unudulmayıb. Burada uşaqlar boyama rəngləyə, yaxud kitab oxuya biləcəklər. Kitablar Azərbaycan, türk, rus və ingilis dillərindədir.

Hazırda dünyada ən populyar olan kitabların, demək olar ki, hamısını bu mağazada tapmaq mümkündür.

Müasir alış-veriş mərkəzində belə böyük kitab mağazasının olması ölkəmiz üçün çox vacibdir”.

Xatırladaq ki, 700 kvadratmetrlik ərazini əhatə edən mağaza “Əli və Nino” şəbəkəsində daxil olan ən böyük mağazadır.


Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar