Ru
23:21 / 24 Sentyabr 2024

Bakıda bu ərazidəki evlər siyahıya alınır: SÖKÜLƏCƏK - VİDEO

595
Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Evlər söküləcək, ərazidə park salınacaq.

Artıq 199 nömrəli orta məktəbin yanından başlayaraq Baş Prokurorluğun binasının arxa hissəsinə kimi olan ərazidə yerləşən evlərin siyahıyaalınma prosesinə start verilib. Sakinlər Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən söhbət getdiyini desələr də, iddia edirlər ki, təkcə fərdi evlərə deyil, ərazidəki bütün köhnə tikililərə də baxış keçirlib.

Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri Cəmil Qarayev "Xəzər Xəbər”ə təsdiqlədi ki, həmin ərazidə söküntü olacaq. Əhaliyə məxsus fərdi yaşayış evlərlərlə yanaşı, köhnə tikililər sökülərək yerində park inşa olunacaq. Hazırda Nizami və Lev Tolstoy küçələrində yaşayış fondunun inventarizasiyası aparılır. Siyahıya alınma prosesi başa çatdıqdan sonra köhnə tikililərin memarlıq abidəsi olub - olması yoxlanılacaq. Fərdi yaşayış evlərinin dəqiq sayı da müəyyənləşəcək. Evlərin hissə-hissə söküntü mərhələsinə gələn ildən etibarən başlanılacaq. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq.

Kompensasiyanın dəqiq məbləğini isə Maliyyə Nazirliyi müəyyənləşdirəcək.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar