Ru
15:35 / 31 Avqust 2024

Bakıda bu ərazilərdə suyun verilməsində fasilə yaranacaq

1318
Bibiheybətdən keçən magistral su kəmərində təmir işləri aparılacaq.

Bu barədə Bakupost.az -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bibiheybət şosesindən Lökbatan dairəsinədək magistral su xəttinin dəyişdirilməsi layihəsi çərçivəsində görüləcək işlərlə əlaqədar sentyabrın 3-ü saat 06:00-dan 21:00-dək Bibiheybət və Şıx qəsəbələri, 20-ci sahənin Elçin Əzizov, Ömər Faiq Nemanzadə, Gülbala Əliyev küçələrinin bir hissəsi, Hüseynbala Əliyev, Oqtay Daşdəmirov, İvan Çernyaxovski, Mixail Lermontov, Dağlıq küçələri, 4-cü və 6-cı mədən ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar