Ru
08:52 / 01 Aprel 2025

Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var  - SİYAHI
Eye

On iki günlük bayram tətilindən sonra bu gün Azərbaycanda ilk iş günüdür.

Bakupost.az xəbər verir ki, paytaxt Bakı ilk iş gününə tıxacla başlayıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, hazırda 19 istiqamətdə tıxac var:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

5. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

13. Babək prospekti, mərkəz istiqamətində;

14. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

16. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

17. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

18. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar