Ru
20:35 / 26 Fevral 2025

Bakıda daha iki nəfər spirtdən zəhərlənib öldü - TƏBİB-dən açıqlama - YENİLƏNİB

Bakıda daha iki nəfər spirtdən zəhərlənib öldü - TƏBİB-dən açıqlama - YENİLƏNİB
934

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 24-də saat 10-da Sabunçu rayonu, Məmmədyarov 28 ünvanından huşun itməsi səbəbilə, fevralın 25-də saat 22:30-da isə Nizami rayonu, R.Rüstəmov 56 ünvanından qusma səbəbilə çağırış daxil olub.

Bakupost.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, hər iki çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:


"Təcili tibbi yardım briqadası tərəfindən Sabunçu rayonu Məmmədyarov 28 ünvanında 44 yaşlı şəxsin (kişi cinsli), Nizami rayonu R.Rüstəmov ünvanında 53 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb"

*************

17:15

Bakıda daha 2 nəfər texniki spirtdən zəhərlənərək ölüb.

Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, hadisələr Sabunçu və Nizami rayonlarında qeydə alınıb.
Belə ki, Sabunçu rayonunda 45 yaşlı E. Qasımov və Nizami rayonunda 53 yaşlı A. İsayev etil spirtindən zəhərlənərək ölüblər.
Qeyd edək ki, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfər etil spirtindən zəhərlənərək ölüb. Məsələ ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar