Bakı Slavyan Universitetinin tələbəsi Lalə Yaralıyeva vəfat edib.
Bakupost.az Modern.az -a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, tələbə dəm qazından zəhərlənərək həyatını itirib.
Vəfat edən gənc Universitetin Şərqi Avropa Dilləri fakültəsinin Regionşünaslıq (Ukrayna) ixtisası üzrə 2-ci kurs tələbəsi olub.