Ru
10:48 / 19 Mart 2025

Bakıda DƏHŞƏT: ana, qızı və nəvəsi yanaraq öldü - YENİLƏNİB

Bakıda DƏHŞƏT: ana, qızı və nəvəsi yanaraq öldü - YENİLƏNİB
Eye

Bakıda baş verən yanğında ölən ailə üzvlərinin adları məlum olub.

Bakupost.az xəbər verir ki, martın 18-i saat 12 radələrində Kürdəxanı qəsəbə sakini 75 yaşlı Sevil Ağaəli qızı Səlimovanın ümumi sahəsi 85 kv/m olan evinin 65 kv/m hissəsi yanıb.

Yanğın söndürüldükdən sonra S.Səlimovanın, qızı 45 yaşlı Nailənin və nəvəsi 12 yaşlı Hüseynin yanmış meyitləri tapılıb.

***
18 mart, saat: 17:55

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bakupost.az xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1-i uşaq olmaqla 3 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar