Ru
16:30 / 22 Fevral 2025

Bakıda dəhşət: Bir yerdə yeyib-içən 4 dostun meyiti tapıldı

Bakıda dəhşət: Bir yerdə yeyib-içən 4 dostun meyiti tapıldı
1142

Bakıda 4 nəfərin meyiti tapılıb.

Bakupost.az lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.


Belə ki, Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub.

Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər.

Hadisə ilə bağlı polis, prokurorluq və kriminalistlərdən ibarət istintaq qrupu yaradılıb.

Onların ölüm səbəbləri hələlik məlum deyil. Ölümün qida zəhərlənməsindən, yaxud başqa səbəblərdən ola bilməsi ehtimallarını nəzərə alaraq müvafiq ekspertizalar təyin edilib.

Hazırda araşdırmalar davam etdirilir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar