Bakıda intihara cəhd olub.
Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən körpüdə qeydə alınıb.
Sabirabad rayon sakini, 19 yaşlı Sara Hasil qızı Adışlı intihar məqsədi ilə H.Əliyev prospektində yerləşən körpüyə çıxıb.
Ərazidə xidmət aparan polis əməkdaşları intihara cəhdin qarşısını alıb. Araşdırma aparılır.