Ru
13:42 / 07 Fevral 2025

Bakıda əcnəbi qızla tanış olmaq istəyən futbolçu CƏZALANDIRILDI

Bakıda əcnəbi qızla tanış olmaq istəyən futbolçu CƏZALANDIRILDI
Eye

“Turan Tovuz”un futbolçusu Nahid Əliyev Bakıda yerləşən hotellərin birində qızla tanış olmağa çalışarkən qalmaqala səbəb olub.


Bakupost.az “Sportinfo”ya istinadən xəbər verir ki, gənc oyunçu komandanın yerləşdiyi məkanda qarşısına çıxan qızla tanış olmaq istəyib.

Xarici ölkə vətəndaşı olan xanım isə onun təklifini qəbul etməyib. Futbolçunun ondan əl çəkmədiyini görən əcnəbi xanım hotelin təhlükəsizlik xidmətinə şikayətlənib.

Onlar da öz növbəsində bu barədə klub funksionerlərini məlumatlandırıblar. Hadisə yerinə gələn rəsmilər qızı sakitləşdiriblər.

Eyni zamanda klubun baş məşqçisi Kurban Berdiyev Nahid Əliyevi düşərgədən uzaqlaşdırıb.

Rusiyalı çalışdırıcı 2005-ci il təvəllüdlü gənci yalnız əsas komandadan kənarlaşdırmayıb. O, əvəzedici heyətin qapılarını da yarımmüdafiəçinin üzünə bağlayıb.

Qeyd edək ki, bu hadisə bir neçə ay öncə baş versə də, mediada indi gündəmə gəlib.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar