Ru
12:29 / 07 Noyabr 2024

Bakıda ekoloji mövzuda beynəlxalq konfrans keçirildi - FOTO

Eye

Noyabrın 5-6-da Qərbi Kaspi Universitetində “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” adlı 2-ci beynəlxalq konfrans keçirilib.

Bakupost.az xəbər verir ki, konfrans dağlıq ərazilərdə mövcud problemlərin həll yollarını araşdırmaq, dağ ekosistemlərini qorumaq və onların davamlı inkişafını təmin etmək məqsədilə təşkil edilib.

Tədbir dünyanın dörd bir yanından gələn alimləri və tədqiqatçıları bir araya gətirməklə yanaşı, bu sahəyə marağı olan hər kəs üçün iştirak imkanı yaradıb. Konfrans həm əyani, həm də distant formatında keçirilib.

Tədbirin məqsədi dağ biomüxtəlifliyi, ekoloji problemlər, dağ mədəniyyətləri və turizmin dağlıq bölgələrə olan iqtisadi təsirlərinə dair elmi müzakirələr aparmaq, bu mövzularla bağlı həll yollarını qiymətləndirmək olub. Konfransda təqdim olunmuş məqalələr “Scopus” və “Web of Science” elmmetrik bazalarında indeksləşib.

Konfrans Qərbi Kaspi Universiteti, BMT-nin Dağ Əməkdaşlığı Proqramı, Beynəlxalq Dırmanma və Alpinizm Federasiyası və digər tanınmış təşkilatların birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirə 200-dən çox iştirakçı qatılıb. Onların arasında Dağ Əməkdaşlığı Proqramının koordinatoru Sara Manuelli, Müasir Dağ Araştırmaları tədqiqatçısı Meri Sanseverino, Antverpen Universitetinin doktoru, tədqiqatçı Jan Kuls, Yaponiya Olimpiya Assosasiyasının keçmiş prezidenti Simon Maru, “Machaon International” Təşkilatının direktoru Svetlana Belova kimi beynəlxalq səviyyədə tanınan tədqiqatçılar fəxri qonaq kimi iştirak edib. Eyni zamanda Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, Çin və daha 20 ölkədən qatılan 70-dən çox xarici qonaq konfransda yer alıb.

Ətraf mühitin mühafizəsi, dağ turizmi və dağ mədəniyyətlərinə önəmli töhfələr verməyi hədəfləyən bu beynəlxalq tədbirin dağ ekosistemlərinin mühafizəsi və ətraf mühitin qorunması yönündə önəmli addım olacağı gözlənilir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar