Bütün dünyada insan sağlamlığının əsasında duran və xəstəlikləri vaxtında aşkarlamaq üçün effektiv müayinə paketi olan çek-aplardan uşaq və böyüklər keçə bilər.
BTV Respublika Diaqnostika Mərkəzində mövcud olan çek-ap paketlərini araşdırıb.
Əgər 1 gün ərzində həm fərdi, həm ailəliklə eyni gündə, eyni yerdə rahat müayinələrdən keçmək və bu zaman xərclərdə də qənaət etmək istəyirsizsə, bu çek-ap paketləri ilə maraqlana bilərsiz.
Respublika Diaqnostika Mərkəzinin poliklinika şöbəsinin müdiri Səbinə Əhmədova profilaktik tibbi müayinələrdən danışıb.
Ürək-qan damar xəstəlikləri, diabet, xroniki xəstəliklər, onkoloji xəstəliklər erkən məhz bu çek-ap paketləri ilə tez və asan müəyyən olunur.