Ru
12:07 / 22 Fevral 2025

Bakıda evdən 4 min manat oğurlandı

Bakıda evdən 4 min manat oğurlandı
983

Bakıda kirayə qaldığı evdən 4 min manat oğurlayan şəxsi polis saxlayıb.

Bakupost.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, həmin evdə kirayəşin kimi yaşayan 33 yaşlı O.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, rayon ərazisində yerləşən şərab evlərinin birindən 3981 manat pul vəsaitini oğurlamaqda şübhəli bilinən İ.Bakirov, N.Yusifov və R.Əmiraslanov saxlanılıb.

Araşdırmalar aparılır.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar