Ru
08:27 / 22 Oktyabr 2024

Bakıda evləri su basdı, insanlar təhlükədə - 8 nəfər xilas edildi - VİDEO

Bakıda evləri su basdı, insanlar təhlükədə - 8 nəfər xilas edildi - VİDEO
Eye

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında intensiv yağışların Bakı şəhəri və Abşeron rayonu ərazisində yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri ərazilərə cəlb olunub.

Bununla bağlı FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, köməyə ehtiyacı olan 3-ü azyaşlı olmaqla ümumilikdə 8 vətəndaşın təhlükəsiz əraziyə təxliyə edilməsi təmin edilib.

Hazırda suçəkmə və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.


Şərhlər
  • Rufet

    Qarşıdan kop gelir bu hamısı Qorxmazın Azersuyunun emeleridir kanalizasiyalar işlemir ve yaxud tamamile yoxdu

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar