Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 2001-ci il təvəllüdlü İkram Hikmət oğlu Şahbalayev yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.