Ru
14:12 / 06 Mart 2025

Bakıda "Formula 1"ə hazırlıq başladı - FOTO

Bakıda "Formula 1"ə hazırlıq başladı - FOTO
Eye

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıqlar çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, paddok hər zamankı kimi Neftçilər prospekti, Hökümət evinin qarşısında quraşdırılır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.

Xatırladaq ki, Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025, 19-21 sentyabr tarixlərində baş tutmaqla Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar