Bakıda gənc evinin qarşısında bıçaqlanıb.
Bakupost.az xəbər verir ki, hadisə Bakının Binəqədi rayonunda baş verib.
Məlumata görə, 1997-ci il təvəllüdlü Eşqin İbrahimov Məmməd Səid Ordubadi küçəsində, yaşadığı binanın qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
Eşqin İbrahimovun verdiyi ilkin ifadəyə görə, onu tanımadığı şəxslər bıçaqlayıb.
Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Elnur