Ru
16:11 / 21 Yanvar 2025

Bakıda gözəllik salonunda qadına lazerlə xəsarət yetirildi - FOTO

Bakıda gözəllik salonunda qadına lazerlə xəsarət yetirildi - FOTO
1581


Paytaxtın "Memar Əcəmi" metrostansiyasıyaxınlığında yerləşən “Mone” gözəllik salonunda lazer proseduru zamanı müştərinin saçının ön hissəni yandırılıb.

Bakupost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edərək kömək istəyib.

Zərərçəkən xanım bildirib ki, proseduru həyata keçirən işçi diqqətsiz davranıb, sonra isə yaranmış yanıqla bağlı onu günahlandırıb.

Onun sözlərinə görə, salonun işçisi prosedur zamanı onunla söhbət edib və diqqətsizlik nəticəsində saçının ön hissəsi yanıb:

"Lazerçi “xanım” saçımın təpə hissəsini yandırdı və məni günahkar çıxarıb “başını tərpətdin” dedi. Halbuki mənə suallar verirdi, diqqətsiz şəkildə saçımı yandırdı.
Daha sonra mənə dedi ki, “xanım, işdir olub, nə siz mübahisə edin, nə mən mübahisə edim. Onsuz olan olub. Məni haqsız görərək üzr belə istəmədi".

Hadisədən sonra zərərçəkən ona salon rəhbərliyi kimi təqdim olunan şəxslərdən bir neçəsinin də məsuliyyətdən yayınmağa çalışdıqlarını qeyd edib:


"Müdriyyət də məni günahkar hesab etdi. “Saçın yanmayıb, heç nə yoxdur” dedi. Mən özümü müdafiə etməyə çalışanda isə “saçına toz səpmisən, o da şüanı çəkir, ona görə yanıb” deyə bildirdi. Daha sonra isə mənə “siz problemli adamsınız” dedilər. Ziyan görən də mən oldum, ittiham olunan da"....
Zərərçəkən həmçinin salon rəhbərliyinin əlaqə nömrəsi ilə bağlı aldadıldığını iddia edir:

"Mən rəhbərliyi tələb etdim, lakin heç kim cavab vermədi. Axırda mənə dedilər ki, qapıda yazılan nömrə rəhbərliyin nömrəsidir. Lazerçi “xanıma” dedim ki, o sizin nömrəniz deyil ki, təsadüfən? Mənə qəti şəkildə “yox” dedi və “niyə sizi aldadım ki” söylədi. Evə gəlib onların instaqram profillərinə baxdım və gördüm ki, həmin nömrə “xanımın” öz nömrəsidir".


Məsələ ilə bağlı “Mone” gözəllik salonunun sosial şəbəkə hesabındakı telefon nömrəsi ilə əlaqə saxladıq. Zəngə cavab verən xanım "bu mənim şəxsi nömrəmdir" dedi həmin salonda çalışmadığını bildirdi.

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar