Ru
13:01 / 24 Yanvar 2025

Bakıda gözətçini dəmirlə döyüb kafeni qarət etdilər

Bakıda gözətçini dəmirlə döyüb kafeni qarət etdilər
944

Bakıda kafeyə basqın olub.

Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, hadisə yanvarın 23-də Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində baş verib. Kafelərin birinə daxil olan naməlum şəxsin gözətçiyə dəmir parçası ilə xəsarət yetirərək onu quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Məhərrəmov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar