Ru
18:18 / 05 Fevral 2025

Bakıda həbs edilən rusiyalı hakimlə bağlı YENİ QƏRAR

Bakıda həbs edilən rusiyalı hakimlə bağlı YENİ QƏRAR
717

Bakıda həbs edilən sabiq rusiyalı hakim Yelena Xaxaleva həbsdən buraxılıb.

Bakupost.az xəbər verir ki, onun haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxalevanın qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Məhkəmənin 04.02.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ləğv olunan Y.Xaxaleva barəsində Xəzər rayon prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bundan başqa Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Y.Xaxalevanın ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş sənədlərə hazırda baxılmaqdadır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar