Ru
19:30 / 23 Sentyabr 2024

Bakıda insident: şirkətin ekskavatorunu kim və niyə yandırdı? - VİDEO

697
“Pilot-16” MMC-nin “Eleven Park” yaşayış kompleksinin tikintisini apardığı Novruzov qardaşları küçəsində insident baş verib. Belə ki, mülkiyyət hüquqlarının pozulduğunu iddia edən vətəndaş şirkətə məxsus ekskavatoru yandırıb.

Bakupost.az. Editor.az-a istinadən xəbər verir ki, vətəndaşın bu addımı atmasına şirkətin gecə saatlarında heç bir xəbərdarlıq etmədən insanların faktiki yaşadığı evi dağıtmağa çalışması səbəb olub.

"Qalmaqallı “Pilot-16” şirkəti davamlı olaraq medianın gündəminə vətəndaşların evlərini başına uçurtmaq, mülkiyyət hüquqlarını pozmaq, sakinlərin həyatı üçün təhlükəli şəraitdə tikinti işləri aparmaqla gəlir.

Qeyd edək ki, şirkətin rəsmi baş direktoru isə Aslan Quliyev olsa da, mediada faktiki sahibinin keçmiş oliqarx deputat Əsabil Qasımovun oğlu Taleh Qasımov olduğu iddia olunur", - deyə saytın yaydığı məlumatda qeyd olunur.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar