Ru
13:25 / 22 İyul 2024

Bakıda intiharı təbliğ edərək qəhvə satırlar - VİDEO

7498

Bakıda sakinləri ölümə səsləyən köşklər fəaliyyətə başlayıb.


Bakupost.az Avtosfer.az-a istinadla xəbər verir ki, paytaxtın Yasamal rayonunda vətəndaşları intihara təhrik edən qəhvə köşkləri fəaliyyətə başlayıb. Köşklərdən biri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısında, Hüseyn Cavid parkı ilə üzbəüz görüntülənib.

Həmin səyyar satış məntəqəsi artıq şəbəkə şəklində fəaliyyət göstərir. Köşkün üzərindəki yazıları diqqətlə oxuduqda görünür ki, paytaxtın mərkəzi, ən işlək küçələrindən biri, üstəgəl gənclərin, tələbələrin ən çox istifadə etdiyi ərazidə intiharın təbliğatı ilə məşğul olunur.

Menyuda müştərilərə təqdim edilən içki "intihar kofe" adlandırılıb. "Arauşağı" adı altında fəaliyyəti göstərən qəhvə şəbəkəsi köşkə müştəri cəlb etmək üçün seçdiyi uğursuz şüar isə "bu gün intihar edim, yoxsa kofe içim?" olub. Maraqlısı da odur ki, artıq bir müddətdir işləyən səyyar satış köşkünə, hətta AMEA-dan belə reaksiya verilməyib.





Bakıda intiharı təbliğ edərək qəhvə satırlar -  VİDEO
Bakıda intiharı təbliğ edərək qəhvə satırlar -  VİDEO
Şərhlər
  • Kamal Əliyev

    Ara ermənilərin müraciət formasıdır. Bəlkə bunlar da ermənidir və ya erməniyə çalışırlar?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar